Almaniya hökuməti Əfqanıstanın hazırkı rəhbərliyi ilə münasibətləri dəyişməyi və vəziyyəti yerində öyrənmək üçün yaxın günlərdə diplomat Markus Potseli həmin ölkəyə göndərməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Bildirilib ki, Potsel alman diplomatların Əfqanıstana hələlik müvəqqəti şərtlərlə necə qayıda biləcəyini aydınlaşdıracaq.

Bununla yanaşı, AFR-in Baş prokurorluğu “Taliban” hərəkatı ilə əlaqələrin hüquqi cəhətlərini yoxlayır. Belə ki “Taliban” Almaniyada terror qruplaşması kimi qəbul olunur.

Nəşr hesab edir ki, bu addımlar Almaniyanın Əfqanıstan hakimiyyəti ilə ünsiyyətini asanlaşdıracaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı