Ağdamda 29 yaşlı kişi bıçaqlandı


Ağdamda 29 yaşlı kişi bıçaqlanıb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.

Rayonun Seyidli kənd sakini Mustafayev Elvin Rizvan oğlu naməlum şəxs tərəfindən bıçaqla vurulub. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. E.Mustafayev təcili tibbi yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu