ABŞ-ın Ermənistandakı səfirliyi Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar öz vətəndaşlarına müraciət edərək Qarahunc-David-Bek və Kapan-Çakaten hissələrinə getməməyə çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə xəbərdarlıq noyabrın 18-də səfirliyin saytında dərc olunub.

“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin Qarahunc və David-Bek kəndlərindəki M17 magistral yolu və Qafan-Çakaten yolu ilə hərəkəti zərurət olmadıqca qadağandır”, – deyə səfirliyin məlumatında qeyd edilir.

Səfirlik həmçinin, ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhəd zonasında təmas xəttinə yaxın ərazilərə getməməyi də tövsiyə edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı