ABŞ Hərbi Dəniz Qüvvələrinin Qara dənizə daxil olan gəmiləri Bolqarıstanın “Qordi” freqatı ilə birgə təlimlər keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı əməliyyat donanması məlumat yayıb.

Birgə tədbirlərdə “USS Porter” raket esminesi və ABŞ-ın 6-cı əməliyyat donanmasının flaqmanı, komanda-qərargah gəmisi “USS Mount Whitney” iştirak edib.

1600 km mənzilli “Tomaqavk” qanadlı raketləri ilə təchiz edilmiş “USS Porter” esminesi oktyabrın 30-da, “USS Mount Whitney” isə noyabrın 4-də Qara dənizə daxil olub. Onlara ABŞ Hərbi Dəniz Qüvvələrinin “USNS John Lenthall” təchizat gəmisi də qoşulub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı