Türkiyədə xalçanı yuduzdurmağa verən sakin maraqlı təkliflə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, xalçanı yuyan şirkət onun bahalı olduğunu müəyyən edib. Araşdırmalar nəticəsində məlum olub ki, xalça Osmanlı dövrünə aiddir. Şirkət xalçanı almaq üçün onun sahibinə təklif göndərib. Sahibi xalçanın qədimi olduğunu bilsə də, onun belə baha qiymətə satılacağını güman etməyib.

Xalçanı almaq üçün şirkət 150 min dollar təklif edib. Sahibi qiymətə razılaşıb. Bildirilir ki, xalçanın azı 110 yaşı var dünyada bu nümunədən 60 dənədir. Bu xalçalar Avropa bazarında daha bahalı qiymətə alıcı tapır.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı