Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,



“Türkiyə birbaşa müttəfiqləri tərəfindən bilərəkdən və sistemli bir şəkildə Hava Hücumundan Müdafiə Sistemlərindən məhrum edildi. Türk dövlətinin qarşılaşdığı təhdidlər və rəsmi Ankaranın bu istiqamətdə apardığı mübarizə tədbirləri çılpaq bir gerçəyi Türkiyəyə göstərdi”.

Bunu Publika.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert bildirib ki, həqiqi mübarizədə hava hücumundan müdafiə və hücum əməliyyatları sistemləri olmadan hər hansı bir savaşda qələbə qazanmaq mümkün deyil:

“Bu sistemlər olmadan hədəflərə çatmaq mümkün görünmür. Bu baxımdan “SİPER” başda olmaqla mərhələli və çoxpilləli istiqamətlərdə hava hücumundan müdafiə və hava hücumu sistemlərinə sahib olmaq çox önəmlidir. Hətta deyərdim ki, həyati dəyərə sahibdir. Çünki elektronik müharibələr onlarsız mümkün deyil”.

Tural Turan


Müstəqil.az informasiya agentliyi gündəmin dayaq nöqtəsi

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir