Türkiyə Silahlı Qüvvələri “Barış Pinarı” və “Pençe-Yıldırım” əməliyyat zonalarında PKK/YPG-nin 4 terrorçusunu zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Barış Pinarı” antiterror əməliyyatında 1, “Pençe-Yıldırım”da isə 3 PKK terrorçusu məhv edilib.

Terrorçuların zərərsizləşdirilməsi əməliyyatı xüsusi təyinatlılar tərəfindən həyata keçirilib.

Məlumata görə, terrorçular bölgədə terror aktları planlaşdırırmış.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı