Mixail Saakaşvilinin göstərişi ilə insanlara işgəncələr verilir, zorlanır, biznesləri əlindən alınır və s. Bu, biabırçı adamdır, ona görə o tövbə etməlidir, acından ölməməlidir.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin qeyd edib ki, Saakaşvili aclıq aksiyası keçirməklə tərəfdarlarında bəzi emosiyalar oyatmaq istəyir. Lakin bu da uğursuzluğa məhkumdur. Onun sözlərinə görə, hökumət idarələri Saakaşvilinin aclıq aksiyası keçirməsinə dair sübutlar təqdim edəcək.

“Biz şöbələri gözləyəcəyik və onlar sübut təqdim edəcəklər. Bu adamın gündə üç litr limonad içməsinə bütün həbsxana gülür. Gündə üç litr limonad Saakaşvilinin təcəssüm etdirdiyi biabırçılığın davamıdır”deyə İrakli Kobaxidze bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı