Rumıniya Səhiyyə Nazirliyi Avropa İttifaqından koronavirus pandemiyası ilə mübarizədə təcili yardım istəyib.

Metbuat.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

bildirilib ki, Rumıniya Səhiyyə Nazirliyi, fövqəladə vəziyyətlərdə üzv dövlətlərə yardım göstərən Avropa İttifaqı Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsinə təşəbbüs göstərib.

Səhiyyə Nazirliyi COVID-19 xəstəsi olan 40 min xəstənin müalicəsi üçün ehtiyac olan miqdarda dərman istəyib. Rumıniya koronavirusa qarşı peyvənd edilən insanların sayının ən az olduğu ikinci Avropa İttifaqı ölkəsidir.

Belə ki, ölkə sakinlərinin yalnız 33 faizi ən azı bir dəfə peyvənd olunub. Böhran Vəziyyətləri üzrə Avropa Komissarı Janez Lenarçiç, İttifaqın Rumıniyaya dəstək verəcəyini və çətin anlarda ona kömək edəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Rumıniyanın Konstansa şəhərində COVID-19 xəstələri üçün xəstəxananın reanimasiya şöbəsində böyük yanğın baş verib. Yanğının qurbanı 9 nəfər olub. Yanğının sürətlə yayıldığı üçün qurbanların bəziləri xəstəxananın pəncərələrindən tullanaraq xilas olunmaq istəyiblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Source link

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı