Liviyada stadiona eniş etməyə hazırlaşan helikopterin qəzaya uğramasına dair görüntülər üzə çıxıb.

Metbuat.az xəbər verir ki, qəza zamanı iki nəfər xəsarət alıb. Helikopterə zərər dəyib. Dərhal əraziyə yaxınlaşan stadion nümayəndələri helikopterin içinə baxanda təəccüblənib. Məlumata görə, helikopterin içində külli miqdarda pul olub.

Bəzi mənbələr pulun məbləğinin 9 milyon dollar civarında olduğunu yazır. Pulların sıradan çıxıb-çıxmadığı barədə məlumat yoxdur. Helikopterin təcili yoxsa nəzərdə tutulduğu üçün stadiona eniş etdiyi məlum deyil. Hadisənin səbəbləri araşdırılır.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı