Beyləqan rayon Əhmədli kənd sakini Hüseynov pənah “DogruXeber.az” informasiya agentliyi vasitəsilə prezidentə və Baş Prokurorluğa müraciət edib.

Sözügedən müraciiətin bir nüsxəsi də redaksiyamıza daxil olmuşdur.
Müraciəti olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Respublikası Baş Prokurorunun müavini
cənab Elmar Camalova
Surəti: Nərimanov rayon Prokurorluğuna
Surəti: Nərimanov rayon İcra şöbəsinə
Nərimanov rayon Prokurorluğunun (müstəntiq Təbriz
Atakişiyev) icraatında olan 180066081 saylı cinayət işi üzrə
zərərçəkmiş şəxs Hüseyinov Pənah Hüseyn oğlu tərəfindən
(Beyləqan rayonu, Əhmədli kənd sakini, Tel.: 050-541-27-11)
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş Prokuror!
Bildirirəm ki, mən Beyləqan rayonu, Əhmədli kənd sakiniyəm. 60 yaşım var. Bütün kənd
sakinləri kimi, mən də düz 40 ildir ki, kənd təsərrüfatı ilə məşğulam. Uzun illər ağır şəraitdə
işləmişəm. Son illər xəstəlikdən əziyyət çəkirəm və mütəmadi olaraq müalicə qəbul edirəm.
Onu da bildirirəm ki, Mərkəzi Klinik Xəstəxananın həkimi Niyaməddin həkimin (Tel.: 050-
205-66-11) “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalın
uroloq-androloqu “professor” Mamedov Qardaşxan Arif oğlunun (Tel.: 050-367-32-32) və
Türkiyədən gələn həkim Bülənt Alıcının üzərimdə apardığı əməliyyatların fəsadları nəticəsində,
demək olar ki, şikəst oldum.
Mən həmin şəxslər tərəfindən aldadılmışam və bunun nəticəsində mənə külli miqdarda
maddi və mənəvi ziyan dəymişdir.
Göstərilənlərlə əlaqədar tərəfimdən 30 mart 2018-ci il tarixdən bu günə qədər aidiyyəti
orqanlara saysız-hesabsız (təqribən 1000-ə (bir minə) yaxın!!!) müraciətlər edilmişdir.
Nəticədə 17.07.2018-ci il tarixdə Nərimanov rayon Prokuroru tərəfindən toplanmış material
üzrə CM-in 314.1-ci maddəsi ilə 180066081 saylı cinayət işi başlanılmış, cinayət işi bu günə qədər
müstəntiq Təbriz Atakişiyevin icraatındadır. Həmin cinayət işi üzrə ekspertiza rəyləri, şahid
ifadələri alınmış və mən 24.07.2018-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində
tanınmışam.
Uzun sürən istintaqdan sonra, nəhayət 05.08.2020-ci il tarixli qərarla həkim Bülənt Alıcı
təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikasının hüdudlarından
kənarda olduğundan, barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat
dayandırılmışdır.
Mənim üçün bu günə qədər müəmmalı olaraq qalan hal isə odur ki, həkim Qardaşxan
Mamedov və Niyaməddin həkimin nə cinayət işi üzrə istintaq, nə də inzibati iş üzrə məhkəmə
tərəfindən təqsirli bilinmədi.
Qeyd edim ki, məhz 3 ildən artıq müddət ərzində aidiyyəti orqanlara müraciət etdikdən sonra
“Renessans-S” MMC inzibati məsuliyyətə cəlb edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar
idarəsinin Nərimanov rayon prokurorluğu ilə birlikdə apardığı araşdırmalar nəticəsində Nərimanov
rayonunda yerləşən “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle”
hospitalının qanunsuz fəaliyyəti nəticəsində Hüseyinov Pənah Hüseyn oğlunun hüquqlarına
və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilmiş, Azərbaycan Respublikası Baş
Prokurorunun müavini Elmar Camalov tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1
(İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş
icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə) və
578.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək
müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddələri ilə başlanılmış inzibati
xəta haqqında iş üzrə icraat baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə
göndərilmiş, Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) inzibati xəta haqqında
iş üzrə 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı qərarı ilə “Renessans-S” MMC İXM-in 192.1-
ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25.000
manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
Beləliklə, həmin qərarla mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı xəstəliklə əlaqədar
“Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle Hospital”da həkim
Qardaşxan Mamedov tərəfindən müayinə edilmiş, həkimlər Qardaşxan Mamedov və Bülənt
Alıcı tərəfindən 2018-ci ildə iki dəfə əməliyyat edilmiş, hüquqi şəxs “Renessans-S” MMC onu
təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Ağayev
İmran Əli Ağa oğlu MMC-nin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə
minmədən və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş
icazəsi alınmadan fiziki şəxs – əcnəbi həkim Bülənt Alıcını 09.02.2018-ci il və 30.04.2018-ci il
tarixlərdə “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle Hospital”da
Hüseyinov Pənah Hüseyn oğlunun əməliyyatının həyata keçirilməsinə cəlb etmiş, həmin
əməliyyatlar zamanı həkimlərin ehtiyatsızlığı nəticəsində səhvinə görə Hüseyinov Pənah
Hüseyn oğlunun qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuş, bu hal, qanuni qüvvəyə
minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020
saylı qərarı ilə, həmçinin təqsirləndirilən şəxs qismində cəlb olunma barədə qərarda öz təsdiqini
tapmışdır.
Məlumat üçün bildirək ki, yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş Nərimanov Rayon
Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı
qərarında qeyd edildiyi kimi, “Renessans-S” MMC-nin rəsmi rəhbəri (o cümlədən onun
tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının təsisçisi və faktiki rəhbəri) Ağayev
İmran Əli Ağa oğludur.
Həmin Ağayev İmran Əli Ağa oğlu ki, o, həm də Fövqəladə Hallar Nazirliyinin Tibb
Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi olmuş və ona Cinayət Məcəlləsinin 311.3.1
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunmuş,
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istintaqı aparılır. Qeyd dim ki, Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istintaqı aparılan həmin cinayət işi üzrə mən dəvət
edilsəm də, ifadəm çox gec, yəni istintaq qurtarandan sonra alınmış, nəticədə heç bir tədbir
görülməmişdır.
Hazırda isə müəyyən olunur ki, həm Azərbaycan Respublikası Baş Prokurorunun
müavini Elmar Camalov tərəfindən başlanılmış inzibati xəta haqqında işdə, həm də həmin
işə baxmış Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 03.09.2020-ciil
tarixli, 3(005)-1512/2020 saylı qərarında “Medistyle” hospitalının “Renessans-S” MMC-nin
tərkibində fəaliyyət göstərməsi, yəni “Medistyle” hospitalının müstəqil hüquqi şəxs
olmaması qeyd edilsə də, əslində “Medistyle” MMC müstəqil hüquqi şəxs kimi mövcud
olmuş, “Medistyle” MMC-nin Nizamnaməsi təsisçi Ağayev İmran Əli Ağa oğlu olmaqla,
03.02.2017-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır.
Belə ki, məlum olmuşdur ki, hətta “Medistyle” MMC ilə “Renessans-S” MMC-nin hüquqi
və faktiki ünvaları da eynidir, hazırda rekvizitləri belədir: “Medistyle” MMC (VÖEN 2004174451,
qeydiyyat N 2004174451, qeydiyyat tarixi 03.02.2017-ci il, Ünvan: Bakı şəh., Nərimanov ray.,
Ak.Həsən Əliyev küçəsi 116, təsisçi Ağayev İmran Əli Ağa oğlu, direktor Həsənov İlyas
Şasuvar oğlu).
Ən asası isə odur ki, Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə
03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı qərarında göstərilir: “Araşdırma zamanı
“Renessans-S” MMC-nin nümayəndəsi Hüseyinov Nüsrət Məzahir oğlu izahatında
göstərmişdir ki, “Medistyle” hospital 2004-cü ildən 2019-cu ilin yanvar ayına qədər
“Renessans-S” MMC-yə məxsus olmuş, işəgötürən qismində MMC-nin direktoru Ağayev
İmran Əliağa oğlu çıxış etmişdir”.
Beləliklə, göründüyü kimi, “Renessans-S” MMC-nin nümayəndəsi Hüseyinov Nüsrət
Məzahir oğlu izahatında həm Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar
Camalov tərəfindən başlanılmış inzibati xəta haqqında işdə Baş Prokurorunun müavinini,
həm də həmin işə baxmış Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə
Məhkəməni aldatmış, yəni yalan ifadə verərək, guya Hüseyinov Pənah Hüseyn oğlunun
2018-ci ildə iki dəfə əməliyyat edilməsi zamanı “Medistyle” hospitalın “Renessans-S”
MMC-yə məxsus olmasını göstərmiş, bununla da “Medistyle” MMC-nin məsuliyyətdən
yayınmasına nail olmuşdur. Halbuki, bir daha qeyd edirik ki, həmin vaxt “Medistyle” MMC
müstəqil hüquqi şəxs kimi mövcud olmuşdur.
Məlumat üçün bildirək ki, Hüseyinov Nüsrət Məzahir oğlu o vaxt və hazırda həm də
“Medistyle” MMC-nin hüquqşünasıdır və “Medistyle” MMC-nin hüquqşünası qismində bu
yaxınlarda KİV-ə verdiyi müsahibəsində tamamilə fərqli, yəni izahatında göstərilənlərə əks (zidd)
mövqe bildirmiş, bununla həm də ölkə ictimaiyyətini aldatmağa cəhd etmişdir (həmin müsahibə
sosial şəbəkələrdə vardır).
Diqqət çəkən daha bir vacib məqam odur ki, Azərbaycan Respublikası Baş
Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşları da inzibati xəta
haqqında iş üzrə səthi araşdırma aparmış, həmin araşdırma zamanı “Medistyle” MMC-nin
03.02.2017-ci il tarixdən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması halını araşdırmamış
və müəyyən etməmiş, yalnız “Renessans-S” MMC-nin nümayəndəsi Hüseyinov Nüsrət
Məzahir oğlunun yalan izahatına inanaraq və ona istinad edərək, qanunsuz qərar qəbul
etmiş, yəni “Medistyle” MMC-ni məsuliyyətə cəlb etməli olduqları halda, “Renessans-S”
MMC-nin məsuliyyətə cəlb edilməsi üçün işi məhkəməyə göndərmiş, bununla da
Məhkəmənin də yanlış qərar qəbul etməsinə şərait yaratmışlar.
Nəhayət, bir fakda ondan ibarətdir ki, Ağayev İmran Əliğa oğlu öz nümayəndəsi
(hüquqşünası) Hüseyinov Nüsrət Məzahir oğlu və digərləri ilə əlbir olmaqla müxtəlif adlarda
hüquqi şəxslər təsis edərək, gah həmin hüquqi şəxslərin təsisçisi, gah da qanuni təmsilçisi
qismində çıxış edərək, ictimaiyyəti aldadaraq, vətəndaşların savadsızlığından sui-istifadə edərək,
onların külli miqdarda vəsaitlərini ələ keçirir, bu faktlar araşdırıldıqdan sonra həmin hüquqi
şəxslərin məsuliyyət məsələsi ortaya çıxanda, məsuliyyətdən yayınmaq üçün dərhal fəaliyyəti
dayandıraraq, yeni adda hüquqi şəxslər yaradaraq, başqa ad altında, lakin eyni ünvanda, eyni
kontingent ilə fəaliyyətini davam etdirir. Təəssüf ki, bu və digər bu kimi hallar isə aidiyyəti orqanlar
tərəfindən, o cümlədən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar
icraatlar idarəsinin əməkdaşları tam və obyektiv araşdırılmır, müvafiq hüquqi qiymət verilmir.
O da müəyyən olunur ki, Ağayev İmran Əliağa oğlu barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçildikdən sonra “Renessans-S” MMC-nin bütün əmlakı özgəninkiləşdirilmiş,
hesablarından vəsaitlər çıxarılmışdır.
Bu hərəkətləri etməkdə “Renessans-S” MMC-nin rəhbəri Ağayev İmran Əliağa oğlunun
və onun həm “Renessans-S” MMC-də, həm də “Medistyle” MMC-də hüquqşünası
Hüseyinov Nüsrət Məzahir oğlunun hiyləgər məqsədi ondan ibarət olmuşdur ki, gələcəkdə
barəsində inzibati qərar qəbul edilərək təqsirliliyi sübuta yetirilmiş “Renessans-S” MMC-yə qarşı
qaldırılacaq mülki iddia üzrə onu məsuliyyətdən yayındırmağa nail olsunlar. Və həmin şəxslər
buna müəyyən mənada nail olmuşlar.
Beləliklə, göründüyü kimi, “Renessans-S” MMC-nin və “Medistyle” MMC-nin rəhbəri
Ağayev İmran Əliağa oğlunun və onun hər iki MMC-də hüquqşünası Hüseyinov Nüsrət
Məzahir oğlunun hiyləgər hərəkətləri nəticəsində nəinki mən, həmçinin prokurorluq və
məhkəmə orqanları da aldadılmış, nəticədə həmin şəxslər və onların səhlənkar əməkdaşları
tərəfindən mənə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir.
Ona görə də, hesab edirəm ki, həmin şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün təcili
və qəti tədbirlər görülməlidir.
Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş Prokuror!
Qeyd edilənləri nəzərə alıb,
– “Medistyle Hospital”ın həkimi Bülənt Alıcı ilə yanaşı, uroloq-androloq həkimi Qardaşxan
Mamedov, Mərkəzi Klinik Xəstəxananın həkimi Niyaməddin həkimin cərrahi əməliyyat düzgün
aparılmadığına və məni aldatdıqlarına görə müvafiq məsuliyyətə cəlb edilməsi,
– yalan izahat verərək, “Medistyle” MMC-ni məsuliyyətə cəlb edilməkdən yayındırmış, həmin
ifadə ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşlarını
aldatmağa nail olmuş, bununla da Məhkəmənin yanlış qərar qəbul etməsinə şərait yaratmış
“Renessans-S” MMC-nin nümayəndəsi Hüseyinov Nüsrət Məzahir oğlunun və ona bu
səlahiyyəti vermiş Ağayev İmran Əliğa oğlunun müvafiq məsuliyyətə cəlb edilməsi,
– Ağayev İmran Əliğa oğlunun öz nümayəndəsi (hüquqşünası) Hüseynov Nüsrət Məzahir
oğlu və digərləri ilə əlbir olmaqla müxtəlif adlarda hüquqi şəxslər təsis edərək, gah həmin hüquqi
şəxslərin təsisçisi, gah da qanuni təmsilçisi qismində çıxış edərək, ictimaiyyəti aldadaraq,
vətəndaşların savadsızlığından sui-istifadə edərək, onların külli miqdarda vəsaitlərini ələ
keçirməsi, bu faktlar araşdırıldıqdan sonra həmin hüquqi şəxslərin məsuliyyət məsələsi ortaya
çıxanda, məsuliyyətdən yayınmaq üçün dərhal fəaliyyətini dayandıraraq, yeni adda hüquqi
şəxslər yaradaraq, başqa ad altında, lakin eyni ünvanda, eyni kontingent ilə fəaliyyətini davam
etdirməsi və digər bu kimi halların tam və obyektiv araşdırılması və müvafiq hüquqi qiymət
verilməsi,
– mənə – Hüseyinov Pənah Hüseyn oğluna vurulmuş ziyanın ödənilməsi,
– “Medistyle” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün Baş Prokurorluğun
Cinayət təqibindən kənar icraatlar idarəsinə və Nərimanov rayon Prokurorluğunmüvafiq göstəriş
verməyinizi və
– göstərilənlərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində
araşdırmanı və Nərimanov rayon Prokurorluğunun icraatında olan 180066081 saylı cinayət işini
xüsusi nəzarətə götürməyinizi xahiş edirəm.
Qoşma: 1. Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) inzibati xəta
haqqında iş üzrə 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı qərarının surəti.
2. Hüseyinov Nüsrət Məzahir oğlunun müsahibəsinin mətni.
3. “Renessans-S” MMC-nin Nizamnaməsinin surəti.
4. “Medistyle” MMC-nin Nizamnaməsinin surəti.
5.
İmza:____________ Hüseyinov Pənah Hüseyn oğlu
21.09.2021-ci il “

Xatırladaq ki, Pənah Hüseynov bir neçə ay öncə də həm rəsmi olaraq, həm də redaksiyamız vasitəsilə sözügedən qurumlara müraciət edib, onu səhv əməliyyat edən həkim tərəfindən dəymiş maddi, mənəvi ziyanın ödənilməsini tələb etmişdi.

https://youtube.com/watch?v=8MdpcQdg-l0%3Frel%3D0%26wmode%3Dtransparent

Pənah Hüseynov eyni tələblə yenidən Prezident və Baş Prokurorluğa müraciət ünvanlayıb.

https://youtube.com/watch?v=0rSYdcRvCKw%3Frel%3D0%26wmode%3Dtransparent
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO
Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı