Özbəkistanda bu gün keçirilən prezident seçkilərində saat 17:00-dək seçici aktivliyi 71.8% olub.

Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası yayıb.

Məlumata görə, bu saatadək 14 milyon 258 min nəfər səsvermədə iştirak edib.

Bildirilir ki, seçkilərin ilkin yekun nəticələri oktyabrın 25-də açıqlanacaq.

Prezident seçkilərində beş namizəd iştirak edib. Bunlar Özbəkistan Liberal-Demokrat Partiyasınn namizədi, hazırkı Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisovadır

Seçkilərin favorit namizədi Şavkat Mirziyoyevdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı