Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 12 xalı olan “Zirə” isə 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk qarşılamasında “Sabah” evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, “Qəbələ” səfərdə “Keşlə” ilə, “Qarabağ” isə “Səbail” ilə üz-üzə gələcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı