Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,



Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

O, 47 yaşında müalicə aldığı “Yeni Klinika”da dünyasını dəyişib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Uzun müddət AzTV-də çalışmış Elnur Əşrəfoğlu “Neftçi”nin mətbuat katibi kimi də fəaliyyət göstərib. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin olunan Əşrəfoğlu 2018-ci ildən qurumun baş katibinin müavini vəzifəsini yerinə yetirirdi.

Allah rəhmət eləsin!


Müstəqil.az informasiya agentliyi gündəmin dayaq nöqtəsi

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı