Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya Moskvada itkin düşmüşdü.

Metbuat.az xəbər verir ki, 81 yaşlı aktrisa Qorki adına kinostudiyanın ərazisində tapılıb. O, oktyabrın 22-də teleşoulardan birində iştirak etmək üçün kinostudiyaya gəlibmiş.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisənin şou məqsədi daşıması da istisna edilmir.

Qeyd edək ki, S.Svetliçnaya demensiyadan (yaddaşı itirmək) əziyyət çəkir. O, “Brilyant əl”, “Baharın on yeddi anı”, “Görüş yeri dəyişdirilə bilməz” kimi bir çox filmlərdə rol alıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı