“Bu gün dünyada olduğu kimi Azərbaycanda da vaksinasiya ilə bağlı ciddi işlər aparılır. Peyvəndin vacibliyinin, xüsusilə tədris müəssisələrində peyvəndlənmənin nə dərəcədə vacib olduğunu hamımız bilirik”.

Publika.az xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

O, əlavə edib ki, hamilə xanımlar və uşaq əmizdirən analar univesiritetə qəbul olunduqdan sonra onlardan peyvənd sertifkatı tələb olunur: “Bu gün bir tələbə öz tələbəlik hüququndan imtina edib. Bu halda peyvəndə qarşı əks-sertifkat uyğun deyil. Beynəlxalq səviyyədə analara və hamilə qadınlara peyvənd olmamalıdır kimi bir tələb yoxdur. Hamilə qadınları və uşaq əmizdirən anaları peyvəndə məcbur da edə bilərik. Amma əks-sertifkatlar da mübahisəlidir. Bununla yanaşı bu cür insanların universitetlərdə normal təhsil almasına hansısa fomada aydınlıq gətirilməli, çıxış yolu tapmılmalıdır. Çünki bu məsələ problemə çevrilir”.



Source link

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir