Həkim məsləhəti olmadan uşaqlara vitamin verilməsi ziyanlıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova “Uşaqlar və COVID-19 ” mövzusunda çıxışında deyib.

Nazirlik rəsmisi qeyd edib ki, düzgün qəbul edilməyən vitaminlər qastrid, qəbzlik, bağırsaq florasının pouzlmasına gətirib çıxarır:

“Həkimin resepti olmadan vitamin qəbulu fəsadlaşmaya səbəb ola bilər. Valideynlər elə düşünür ki, vitamin qəbulu ilə uşağının immun sistemini qaldıra bilər. Lakin elə vitaminlər var ki, orqanizmdə yüklənərək qala bilər. Nəticədə ciddi fəsadlar müşahidə oluna bilər. Mədə-bağırsaq pozutuları da məhz bu səbəbdən qaynaqlanır. Qastrit xəstəliyi də adətən bundan qaynaqlanır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı