Oktyabrın 31-də Nizami Kino Mərkəzində AzərbaycanTürkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin premyerası olub.

Metbuat.az xəbər verir ki, təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və kino nümayəndələri iştirak ediblər.

44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, TərtərBakı ərazisində aparılıb.

Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları – Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.

Filmin baş qəhrəmanı Fulya Öztürk cəbhədə baş verən hadisələri xatırlatarkən deyib: “Biz kameraman Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdik. Əslində heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu cəsəd, ölən, yaralanan insanlar gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xatakterim olsa da həyatımda bu qədər stress yaşamamışdım. Gəncə şəhərində yaşadığım o qətliamı, o körpənin cəsədini heç zaman unutmayacağam”.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov bildirib ki, 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında aparılıb. Bu film Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına yardımçı olacaq.

Sonra “Fulya” filmi nümayiş olunub.











You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı