Dünyada koronavirusa yoluxma hallarının və COVID-19-dan ölüm hallarının sayı son iki ayda ilk dəfə olaraq artır.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib. O, infeksiyanın yayılmasının səbəbləri arasında müxtəlif ölkələrin və regionların pandemiya ilə mübarizə vasitələrinə – testlərə və vaksinlərə çıxışında bərabərsizliyi qeyd edib.

“Bu bir daha onu göstərir ki, COVID-19 pandemiyası hələ də bitməyib”, – deyə ÜST rəhbəri qeyd edib.

ÜST-ün məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 244 milyondan çox koronavirusa yoluxma halı və 4,95 milyondan çox ölüm qeydə alınıb. Ən çətin vəziyyət ABŞ, Hindistan və Braziliyadadır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı