2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək “Al-Tumama” stadionu istifadəyə verilib.

Metbuat.az-ın məlumatına görə, arenanın açılış mərasimi “Əl-Sədd” və “Əl-Rayan” komandaları arasında Əmir Kubokunun final oyunundan öncə baş tutub. Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 5-ci stadiondur.

Yerləşdiyi bölgənin adını daşıyan arenanın dizaynı Körfəz ölkələrinə xas olan kişi baş geyiminə bənzəyir.

40 min azarkeş tutumuna malik arenada mundialın qrup oyunları, həmçinin 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr – 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı