2021-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoruna aid mallar ən çox Rusiya Federasiyasına ixrac olunub.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında dərc olunub.

Belə ki, ilk onluqdakı ölkələr:

  1. Rusiya Federasiyası (586,5 milyon ABŞ dollar)
  2. Türkiyə 455 milyon ABŞ dollar
  3. İsveçrə 174 milyon ABŞ dollar
  4. Gürcüstan 120,5 milyon ABŞ dollar
  5. ABŞ 54,8 milyon ABŞ dollar
  6. Ukrayna (36,2 milyon ABŞ dollar
  7. Braziliya (31,5 milyon ABŞ dollar
  8. Çin (27,4 milyon ABŞ dollar
  9. Belçika (26,4 milyon ABŞ dollar
  10. Qazaxıstan (26,1 milyon ABŞ dollar

Bundan başqa, normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ümumi ixrac 1,7 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln ABŞ dolları olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (64,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (47,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,2 milyon ABŞ dolları) olub.

2021-ci ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (18,5 milyon ABŞ dolları) birinci, qızıl (18,1 milyon ABŞ dolları) ikinci və metanol (15,7 milyon ABŞ dolları) üçüncü olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı