Türkiyə, AzərbaycanRusiya Zəngəzur dəhlizinin açılması üçün ciddi şəkildə əməkdaşlıq etməlidir. Regional əməkdaşlıq və ticarətin canlanması baxımından həyati əhəmiyyət kəsb edən dəhlizin açılması Rusiya, Türkiyə və Azərbaycanın birgə hərəkəti ilə mümkündür”.

Metbuat.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu deyib.

Onun sözlərinə görə, dəhliz məsələsi Türkiyəni də narahat edir və bəzi ölkələr Ankaraya qısqanclıqla yanaşır:

“44 günlük müharibədən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçlü bəyannamənin həyata keçirilməsi ilə bölgə yeni nəqliyyat xətləri sayəsində müharibə mühitindən çıxaraq, iqtisadi dirçəliş dövrünə qədəm qoydu. Bu imzalanan bəyannaməyə əsasən, Qarabağ problemi ilə əlaqədar 30 ilə yaxındır bağlanan bütün iqtisadi və nəqliyyat xətlərinin yenidən açılmasına qərar verilirdi. Xüsusilə, bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə Zəngəzur dəhlizi adlandırdığı nəqliyyat xətti ön plana çıxırdı. Bu Azərbaycan, Qafqaz coğrafiyası, hətta Türkiyə üçün də əhəmiyyətlidir. Çünki Zəngəzur bölgəsindən keçəcək quru və dəmir yolu xətləri ilə Türkiyə yeni bir nəqliyyat əlaqəsi qurmaq istəyir. Azərbaycan və Türkiyə İkinci Qarabağ müharibəsindən sonra yeni bir geosiyasi reallıq yaratmağı bacardılar. Bu geosiyasi reallıq yeni əməkdaşlıq təklifləri ilə gələcəyə daşımağı hədəfləyir. Ancaq sülhün imzalanmasından bir il keçməsinə baxmayaraq, Zəngəzur dəhlizi sahəsində ciddi bir iş görülmədiyi müşahidə olunur. Regional əməkdaşlığa, sabitliyə, iqtisadi inkişafa və çiçəklənməyə xidmət edəcək bu dəhlizin qarşısını alan maneələrdən biri də indiyə qədər Ermənistan rəhbərliyinin müharibədən sonra imzalanan bəyannamələrə və razılaşmalara tam əməl etməməsidir. Başqa bir səbəb bölgədə sülhün, sabitliyin və firavanlığın təmin edilməsində əhəmiyyətli rol oynayan Türkiyənin Azərbaycandan başqa digər tərəflər tərəfindən qəbul edilməməsidir. Bundan başqa burada İranın blokadası məsələsi də var. Çünki bu dəhlizlə Azərbaycan artıq beynəlxalq daşımaları həyata keçirəcəyi üçün İran həm iqtisadi, həm də geostrateji itkilər yaşayacağı üçün bunun qarşısını alır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı