Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəstəxanayanı küçəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Ələkbərov Güloğlan Veysəl oğlu küçədə söyüş söyən şəxslərə öz iradını bildirib. Bu zaman o, həmin şəxslərdən biri ilə əlbəyaxa dava edib. Dava zamanı G.Ələkbərov əl və ayaq nahiyəsindən iki bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı