Bakı şəhərində intihar cəhdinin qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda (Aşıq Molla Cümə küçəsi) intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub.

Müraciət qəbul edilən kimi FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub. Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı