Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub.

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin ölüm səbəbinin bəzi mənbələrdə koronavirus olduğu qeyd edilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib.

Xatırladaq ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Həmçinin, bəzi məktəblərdə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı