Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,



“Suriyadan qaynaqlanan terror təhdidləri ya burada aktiv olan qüvvələrlə birlikdə, ya da öz imkanlarımızla aradan qaldırmaqda qərarlıyıq. Lazımlı addımları atacağıq”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra çıxışı zamanı deyib.

“Artıq Suriyadan ölkəmizə qarşı terror hücumlarının mənbəyi olan bəzi yerlərə səbrimiz qalmayıb. Bu bölgələrdən yaranan təhdidləri ya orada fəaliyyət göstərən qüvvələrlə birlikdə, ya da öz imkanlarımızla ortadan qaldırmaq əzmindəyik. “Fərat Qalxanı” əməliyyatında polislərimizə edilən son hücum və torpaqlarımızı hədəf alan təcavüz artıq bardağı daşdırıb”, – Türkiyə lideri xəbərdarlıq edib.

Hüseyn


Müstəqil.az informasiya agentliyi gündəmin dayaq nöqtəsi

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı