İranın dövlət televiziyasının Əfqanıstana ezam olunan çəkiliş qrupuna silahlı hücum olub.

Metbuat.az xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində çəkiliş apararkən jurnalistlərə yaxınlaşan naməlum şəxs onlara qəflətən atəş açıb.

Nəticədə televiziyanın operatoru yeddi güllə yarası alıb. Yaralanan operator təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit-ağır olaraq qalır.

İranın Xarici İşlər Nazirliyi “Taliban” hərəkatına müraciət edərək cinayətkarların tutulub cəzalandırılmasını tələb edib.

Əfqanıstanın “Taliban” hökuməti cinayətkarların cəzasız qalmayacağını bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı