Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artıb.

Publika.azxəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, faciə qurbanlarının sayı 59 nəfərə çatıb. Məlumata görə, Kastamonuda 49, Sinopda 9, Bartında 1 nəfər həyatını itirib, 8 nəfərin xəstəxanalarda müalicəsi davam edir.

*****

10:27

3 gün əvvəl Türkiyənin Qərbi Qara dəniz bölgəsində baş vermiş sel fəlakətindən ölənlərin sayı 58 nəfərə çatıb.

Publika.azxəbər verir ki, fəlakət bölgəsində olan ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, Kastamonuda 48, Sinopta 9, Bartında isə 1 nəfərin meyiti tapılıb. Meyitlərdən 15-nin kimə məxsus olması hələlik müəyyənləşməyib.

Həmçinin güclü sel nəticəsində itkin düşən 77 nəfərin axtarışı davam etdirilir. Onlardan 62-si Kastamonu, digər 15 nəfər isə Sinopda itkin düşüb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir