Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Muğlanın Milas rayonunda bütün səylərə baxmayaraq, günlərlə söndürülə bilməyən meşə yanğını Kemerköy İstilik Elektrik Stansiyasının 1 kilometrliyinə yaxınlaşıb.

Publika.az xəbər verir ki, səlahiyyətlilər yüksək səviyyəli tədbirlərin görüldüyünü və elektrik stansiyasının ətrafında xəndəklər qazıldığını bildirib.

Yanğınsöndürmə qrupları və elektrik stansiyası rəsmiləri ərazini alovdan qorumaq üçün mübarizələrini davam etdirir. Stansiya rəsmiləri bildirib ki, İES-in partlama riski yoxdur: “Bu barədə narahatlıqlar əsassızdır. Elektrik stansiyası ilə əlaqədar ətraf mühitə zərər verəcək vəziyyət yoxdur”.

Yaxınlıqdakı sakinlər ərazidən təxliyə edilməyə başlanıb.

Milas bələdiyyə sədri Məhəmməd Tokat sosial şəbəkədə yaydığı son paylaşımında vəziyyətin ciddi olduğunu bildirib: “Bölgəyə dərhal təyyarə və ya vertolyot göndərilməlidir”.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir