Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayonu istiqamətində hərəkətdə olan 99-HS-664 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobil qarşısına çıxan “İJ” markalı motosikleti vurub. Nəticədə motosikletin sürücüsü Taleh Məhərrəmov hadisə yerində dünyasını dəyişib, onun atası Gündüz Məhərrəmov isə müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir