Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Səudiyyə Ərəbistanı hökuməti sabahdan etibarən xaricdən Ümrə ziyarətləri üçün müraciətlərin başlayacağını və 1 ay ərzində 2 milyon ziyarətçinin qəbul ediləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirinin müavini Əbdülfəttah bin Süleyman Kəbənin də daxil olduğu Məscidül-Həramın xarici ölkələrdən gələn ümrəçiləri qarşılamağa hazır olduğunu bildirib.

Müraciətlərin “Eatmarna” tətbiqi vasitəsi ilə həyata keçiriləcəyini ifadə edən nazir müavini hər gün 60 min insanın qəbul ediləcəyini deyib.

Ümrə ziyarətinə gəlmək, Məscidül-Həram və Məscidül-Nəbidə namaz qılmaq üçün əsas şərt Səudiyyə Ərəbistanında təsdiqlənmiş COVID-19 peyvəndi vurdurmaq və zəvvarların vaksin olunduqlarını göstərən sənədin olmasıdır.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı