Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ötən ilin yanvar-iyun ayı ilə müqayisədə cari ilin ilk 6 ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 4,1 faiz azalıb, paltaryuyan maşınlar 28,4 faiz, mebellər 33,6 faiz, məişət soyuducuları isə 9,4 faiz artıb.

Publika.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin yanvar-iyun aylarında hesablama maşınları, blok və qurğularının idxalında 11,9 faiz artım müşahidə olunub.

Qeyd edək ki, idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir