Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün səhər saatlarında Livanın şimalında yerləşən Akkar qəsəbəsinə maye qaz daşıyan ağırtonnajlı nəqliyyat vasitəsinin partlaması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Publika.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən 100 nəfərə yaxın şəxsin bir hissəsinin vəziyyətinin olduqca ağır olduğu bildirilir.

Partlayışın başvermə səbəbi araşdırılır.

*****

12:13

Bu gün səhər saatlarında Livanın şimalında yerləşən Akkar bölgəsində yanacaq tankerinin partlayıb.

Publika.az Röyters-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 22 nəfər ölüb, 80-ə yaxın şəxs yaralanıb.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları cəlb edilib. Partlayış nəticəsində tankerdə olan tezalışan maddə qısa müddətdə alovlanaraq sönüb.

Qeyd edək ki, ötən il Livanın paytaxtı Beyrutda kimyəvi maddələrin saxlandığı anbarda baş vermiş partlayış yüzlərlə insanın ölümünə və böyük dağntıya səbəb olmuşdu.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir