Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
“Türkiyə Əfqanıstanda “Taliban” tərəfindən verilən mesajları alqışlayır”.

Publika.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri həmkarı Eymen es-Safədinin dəvətilə səfərdə olduğu İordaniyada mətbuata verdiyi açıqlamada Əfqanıstandakı vəziyyətə münasibət bildirərək deyib:

“”Taliban” da daxil olmaqla, Əfqanıstanda bütün tərəflərlə dialoqumuzu davam etdiririk. “Taliban” tərəfindən verilən mesajları alqışlayır və Türkiyə olaraq Əfqanıstanın iqtisadi inkişafı, sabitliyi və əmin-amanlığına dəstəyi davam etdiririk. Bölgədən təxliyələr davam edir. Türkiyə təkcə özünün deyil, başqa ölkə vətəndaşlarının da təxliyəsinə kömək göstərir”.

Hüseyn

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir