Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Avropa İttifaqı–Azərbaycan Əməkdaşlıq Komitəsinin (DİDK) sabiq sədri Səccad Heydər Kərim Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Komitədən Publika.az-a verilən məlumata görə, görüş zamanı Komitə sədri F.Muradov qonağa dövlətimizin yürütdüyü uğurlu diaspor siyasəti, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif ölkələrdə, o cümlədən Böyük Britaniyada yaşayan soydaşlarımızın apardığı mübarizə, həmvətənlərimizin erməni diasporunun dezinformasiyalarının qarşısının alınması istiqamətində göstərdiyi səyləri barədə müfəssəl məlumat verib. Diasporun sistemli fəaliyyət göstərməsi üçün müxtəlif ölkələrdə Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin təsis edildiyi nəzərə çatdırılıb.

Azərbaycan dövlətinin diaspor siyasətini, Prezident İlham Əliyevin göstərişləri əsasında Dövlət Komitəsinin gördüyü işləri yüksək qiymətləndirən Səccad Heydər Kərim bildirib ki, Avropa Birliyinin bütün qurumlarında, Böyük Britaniya və Pakistan kimi ölkələrdə Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi zəruridir.

Sonra britaniyalı qonaq Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının müşayiəti ilə işğaldan azad edilmiş ərazilərimizə səfər edib, Horadiz-Cəbrayıl yolunun girişində minanın zərərsizləşdirilməsi prosesini şəxsən izləyib. Zəngilanda aparılan quruculuq işləri ilə tanış olan qonaq Ermənistan və Almaniya şirkətləri tərəfindən kütləvi çirkləndirilən Oxçuçayın sahilində işğal zamanı kütləvi kəsilməyə məruz qalmış çinar meşəsində olub. Səccad Heydər Kərim Şuşada Yuxarı və Aşağı Gövhərağa məscidlərini ziyarət edib, Cıdır düzündə, Şuşa Qalasında, güllələnmiş heykəllərin olduğu meydanda və Xan qızı Natəvanın xarabalığa çevrilən evində olub.

Britaniyalı qonaq səfər çərçivəsində Qubanın Qırmızı Qəsəbəsində dağ yəhudilərinin yaşayışı ilə tanış olub, sinaqoqu və dağ yəhudilərinin muzeyini ziyarət edib.

Səccad Heydər Kərim bildirib ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına böyük önəm verən Avropa İttifaqı Azərbaycanla yaxın əlaqələrin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin dərin strategiyaya əsaslanan liderliyini yüksək qiymətləndirən qonaq dövlətimizin başçısının müstəsna xidmətlər göstərdiyini qeyd edib, onu Azərbaycanın maraqlarını hər şeydən üstün tutan, dialoqa açıq, ölkəsinin inkişaf hədəflərindən uzaqlaşmadan bu yolda nə istədiyini bilən müdrik dövlət başçısı adlandırıb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir