Azərbaycanda 5 nəfərin öldüyü dəhşətli hadisə barədə YENİ FAKTLAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda 5 nəfərin öldüyü hadisə barədə bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, dəhşətli qəzaya uğrayan “Mercedes E Class” markalı minik avtomobili Qubadan Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən hadisə baş verib. Belə ki, sürücü, 1994-cü il təvəllüdlü Süleymanov Nəriman Bahadur oğlunun idarə etdiyi avtomobil qəfil yoldan çıxaraq irigövdəli ağaca çırpılıb. Sürücü və 4 sərnişini hadisə yerində vəfat edib.

Bildirilir ki, ötən gün Quba raon sakini olan N.Süleymanovun doğum günü imiş.

Hazırda ölən digər 4 şəxsin kimliyi müəyyənləşdirilir.

Nizam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp