Şevçenko Ukrayna millisindən GETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ukraynalı mütəxəssis öz “İnstagram” səhifəsində yazıb.

O bildirib ki, müqavilənin müddəti bitib və uzadılmayacaq:




“Beş ili milli komandanın rəhbərliyində keçirtdim. Müasir futbol oynaya biləcəyimizi sübut etmək üçün çox çalışdıq. Ukrayna Futbol Federasiyasına, prezidentinə və idarə heyətinə Ukrayna millisi ilə işləmək imkanı yaratdığına görə minnətdaram”.

Qeyd edək ki, keçmiş futbolçu 2016-cı ilin iyul ayında Ukrayna millisinin baş məşqçisi seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp