Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsinə iyulun 6-da start verilib və bu gün başa çatacaq”.

Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

Onun sözlərinə görə, artıq üç gündür Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın toplantısı keçirilir: “İclasda növbəti sahələr üzrə demarkasiya işlərinin aparılması ilə əlaqədar iş planını təsdiq edirik. Müvafiq ekspert görüşlərinin yerlərdə keçirilməsi ilə bağlı planlar da təsdiqlənir”.



By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı