Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.

Publika.az xəbər verir ki, “Resmi Gazete”nin yaydığı məlumata görə, sənəd 2021-ci ilin martın 31-də imzalanıb.
Sazişə əsasən Türkiyə Azərbaycana dostluq jesti olaraq 100 min qutu “Favipiravir” dərmanı göndərəcək.

Qeyd edək ki, “Favipiravir” əsasən Yaponiyada qripin müalicəsi üçün istifadə olunan effektiv antivirus dərmanıdır. Bu preparat həmçinin, Rusiya, Yaponiya və Hindistan kimi bir sıra ölkələrdə SARS-CoV-2 koronavirusunun müalicəsində də istifadə olunur.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı