Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Futbol üzrə “Avro-2020”nin dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Çexiya-Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Publika.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Danimarka millisinin futbolçusu Tomas Delaney görüşün ən yaxşısı seçilib.

T.Delaney Çexiya millisi ilə matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, Danimarka millisi 1992-ci ildən bəri ilk dəfədir Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı