Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldıqları dünya kuboku yarışları davam edir.

Publika.az xəbər verir ki, iyulun 15-də şahmatçılarımızdan daha üçü mübarizəyə qoşulub. Belə ki, mübarizəyə 1/64 finaldan başlayan Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sarqsyan, 1/32 finalda isə Günay Məmmədzadə sloveniyalı Laura Unuk ilə heç-heçə ediblər. Birinci mərhələdə uğurla çıxış etmiş Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Cavakişvili ilə görüşlərində də qalib müəyyənləşməyib.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.



By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir