Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Şəki Şəhərində şəhid ailələrinin 1-ci maarifləndirici-tur aksiyası keçirilib.

Publika.az xəbər verir ki, maarifləndirici-tur aksiyada Şəhid ailələri başda olmaqla Şəki şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin nümayəndələri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak edərək çıxış ediblər.

Çıxış edənlər Dövlət Başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.




Natiqlər vurğuladılar ki, şəhid ailələrinə diqqət yönümündə bu sayaq mənvi dəstək ruhlu maarifləndirici-tur aksiyaların keçirilməsi olduqca vacibdir.

Maarifləndirici-tur aksiya ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Layihələr üzrə koordinatoru Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd edib ki, Şəhid ailələrinə diqqət və qayğı yönümündə bu cür maarifləndirici-tur aksiyasını həyata keçirməkdə əsas məqsəd 30 il həsrətini çəkdiyimiz tarixi əbədi, əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğurunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq müqəddəs şəhidlik şəhadətinə qovuşmuş Şəhid və Şəhidlərimizin ailələrinə Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən görülən uğurlu işlərə İctimai təkan olmaqla yanaşı mənəvi dəstək verməkdir.

Qurum rəsmisi onu da bildirib ki, birlik tərəfindən şəhid və şəhid ailələri, qazilərə, vətən müharibəsi iştirakçılarına ictimai, sosial, mənəvi dəstək yönümlü layihə və tədbirlər gələcəkdə də uğurla davam etdiriləcək.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir