Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Gəndov kəndində yük avtomobilində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-dən Publika.az-a verilən məlumata görə, yanğın nəticəsində “Tatra” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 250 ədəd ot bağlaması yanıb. Yanğından mühafizə bölmələri çatana kimi sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 20:13-də söndürülüb.



By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir