Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Azərbaycanda olan diaspor nümayəndələri ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.

Qurumdan Publika.az-a verilən məlumata görə, görüşdə komitə sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, müharibə dövründə və müharibədən sonra gördükləri işləri yüksək qiymətləndirdiyini bildirib.




Komitə sədri Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verib və bildirib ki, Qarabağda qazanılan böyük zəfərdən sonra diasporun qarşısında duran ən vacib məsələ Azərbaycanın dünyada tanıdılmasıdır.

Qeyd edək ki, görüşdə 24 ölkədən 72 nəfər iştirak edib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı