Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dermatoloq, trixoloq İrina Kotovanın sözlərinə görə, koronavirusdan sonra saç tökülməsi 3 ay davam edə bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, saçlar COVID-19-dan 3 ay sonra bərpa olunmağa başlayır.

“Hər şey xəstəliyin şiddətindən və bədənin ilkin vəziyyətindən asılıdır. Koronavirusun yaratdığı saç tökülməsi öz-özünə sona çatır. Xəstəlikdən sonra saç tökülməsi daha da kəskinləşir, lakin ümumiyyətlə 3, ən çoxu 4 ay davam edir və sonra saç müalicə olunmadan yavaş-yavaş bərpa olunur”, – həkim TASS-a verdiyi müsahibədə deyib.




Mütəxəssislər saçların xəstəlikdən dərhal sonra yox, 1-2 aydan sonra tökülməyə başladığını qeyd edirlər. Saç tökülməsi həm stress, həm də anti-koronavirus dərmanlarının mənfi təsirləri ilə əlaqələndirilir.

Aytən Məftun

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir