“Delta”nın yayıldığı ölkələrin sayı 132-yə yüksəldi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “delta” ştamının yayıldığı ölkələrin və ərazilərin sayı iyulun 20-dən 27-dək 8 ölkə artaraq 132 -yə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.




Ümumilikdə, “narahatlığa səbəb olan variantlar” kateqoriyasına aid edilən dörd ştamın (“alfa”, “beta”, “qamma” və “delta”) coğrafiyası “böyüməkdə davam edir”. ÜST bu qrupa daxil olan dörd ştamın dünyada davam edən yayılmasından narahatdır. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan “alfa” variantı iyulun 27-nə olan məlumata görə 182 ölkədə (bir həftə əvvəl 180 ölkə idi) mövcud idi. Keçən ilin avqust ayında Cənubi Afrikada aşkar olunan “beta” variantı, hazırda 131 dövlətdə (keçən həftə 130 ölkə idi) mövcuddur, sentyabr ayında Braziliyada aşkar edilən “qamma” variantı isə, yeddi gün ərzində coğrafiyasını 78-dən 81 ölkəyə qədər genişləndirib.

Son bir həftə ərzində dünyada yoluxma hallarının sayı 8 faiz artıb: koronavirusa 3,8 milyondan çox yeni yoluxma halı aşkar edilib. Eyni zamanda ölüm hallarının sayı 21 faiz artıb, həftə ərzində 69 mindən çox ölüm halı qeydə alınıb. ÜST-nin iyulun 27-nə olan məlumatına görə, pandemiya başlandığından bəri dünyada koronavirusa 194 608 040 yoluxma halı və 4 170 155 ölüm halı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp