Yunanıstandan Türkiyə ETİRAFI: Dayandıra bilmədik

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şərqi Aralıq dənizi və Egeydə müxtəlif təxribatlar həyata keçirən Yunanıstanı Türkiyə qorxusu bürüyüb.

Publika.az xəbər verir ki, Yunanıstan hökumətinin diplomatik cəhdlərinin nəticəsiz qaldığını yazan yunan mətbuatı Türkiyəyə sualtı qayıqların satışının dayandırıla bilməməsini şərh edib.

Alman diplomatik mənbələrinin “Layihə tamamlandı” ifadəsinə yer verən yunan mətbuatı Türkiyənin Yunanıstanı daha da üstələyəcəyini qeyd edib.




Yunanıstan Xarici İşlər naziri Nikos Dendias əvvəlki çıxışında ölkənin 4 ədəd 214 sinif sualtı qayığına sahib olduğuna işarə edərək “Əgər Almaniya Türkiyəyə qayıqları göndərməyə davam edərsə, Türkiyənin bizə qarşı strateji üstünlüyü olacaq” deyə xəbərdarlıq edib və Almaniyadan mövqeyini dəyişdirməsini tələb edib.

Akqabay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp