“İran uranı 90% zənginləşdirə bilər”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“İranın nüvə proqramının gündən-günə inkişaf edir. İranın Atom Enerjisi Agentliyi uranı 20% və 60% təmizliyə qədər zənginləşdirəcək imkana sahibdir. Zərurət olarsa, 90% təmizliyə zənginləşdirmək üçün reaktorlarımız hazırdır”,

Publika.az xəbər verir ki, bunu İran Prezident Həsən Ruhani Paytaxt Tehranda baş tutan Nazirlər Kabineti iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Amerika Birləşmiş Ştatları, Çin, Rusiya, İngiltərə, Fransa), İran və Almaniya arasında imzalanmış nüvə anlaşmasına (Birgə Hərtərəfli Fəaliyyət Planı) görə Tehran uranı 3,67% təmizliyə qədər zənginləşdirmə haqqına malikdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp