Cennifer Lopez valideyn iclasına bu geyimdə getdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Adətən geyim insanı bəzəyir deyirlər. Amma bu, Cennifer Lopez üçün keçərli deyil. Bir qayda olaraq, ulduzun ideal bədəni geyimlərə bəzək verir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, pop diva cins şalvarı ilə diqqət çəkib.

Səhnədə parlaq kostyumları ilə valehedici obrazlarda gördüyümüz müğənni idman geyimlərində də eyni təsiri bağışlayır. Qara vodolazka və cins şalvar geyinən Cennifer ansamblı qara timsah dərili “Birkin” çantası, “Chanel” kəməri, iri çərçivəli eynək və göy stiletto ilə tamamlayıb. O, belə bir görünüşdə oğlu Maksın valideyn iclasına gedib.




Belə görünür ki, Cenniferin Ben Affleklə münasibətləri sürətlə inkişaf edir. Bu səbəbdən də yaxın gələcəkdə Mayamidən Kaliforniyaya köçməyi planlaşdırır. Odur ki, Cennifer artıq Santa Monikada uşaqları üçün yeni məktəb axtarışına çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp