Bayram Tahirbəyov VƏFAT ETDİ – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Slavyan Universitetinin (əvvəlki Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun) sabiq rektoru, professor Bayram Tahirbəyov vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə filologiya üzrə fəlsəfə doktoru Nüşabə Sadıxlı məlumat yayıb.

Qeyd edək ki, B.Tahirbəyov 1954-cü ildə Moskva Dövlət Universitetini “Rus dili və rus ədəbiyyatı” ixtisası üzrə bitirib.

1960-cı ildən 1990-cı ilə qədər Azərbaycan Dövlət Universitetində rus dili, rus dilçiliyi, ümumi dilçilik kafedralarında assistent, dosent, professor vəzifələrində işləyib, Ümumi filologiya və Dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb,

Bakı pedaqoji ali təhsil ocaqlarında və rus dili və xarici dil müəllimlərinin ixtisasartırma fakültəsində ümümi və rus dilçiliyi, ümumi və slavyan filologiyası fənlərini tədris edib.1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun indiki BSU-nun rektoru vəzifəsində işləyib.




Elmi-pedaqoji kadrların hazırlanmasında və onların attestasiyasında fəal surətdə iştirak etmiş, Bakının və digər müttəfiq respublikaların namizədlik və doktorluq dissertasiyasının müdafiəsi üzrə bir neçə ixtisaslaşdırılmış şurann üzvü olmuş, Azərbaycanda ilk dəfə “Dilçilik nəzəriyyəsi” “Rus dilçiliyi və rus ədəbiyyatı” ixtisasları üzrə doktorluq şurası təşkil etmişdir.

Dissertant, aspirant və doktorantların dil və ədəbi əlaqələr, tərcümənin tarixi nəzəriyyəsi və təcrübəsi məsələləri ilə bağlı işlərin elmi rəhbəri və məsləhətçisi, SSRİ AAK eksperti və SSR Nazirlər Kabineti yanında Elm və texnika sahəsində Lenin və Dövlət mükafatları komitəsi Filologiya bölməsinin üzvü olub. Rus dili və rus ədəbiyyatı, ümumi filologiya tədqiqi, elmin metodologiyası üzrə 100-dən çox elmi işlərin müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp